İtaliyada ilk dəfə olaraq prezident məhkəmədə ifadə verib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən istinadən məlumatına görə, ölkə prezidenti Cordco Napolitano məhkəməyə şahid qismində cəlb olunub. İttihama görə, dövlət 1990-cı illərdə mafia ilə gizli danışıqlar aparıb.
89 yaşlı prezident Napolitanoya qarşı heç bir ittiham yoxdur. O, keçmiş daxili işlər naziri Nikola Mancino, bir vaxtlar mafianın ən nüfuzlu başçılarından olan Salvatore Riina və daha 8 şəxs cavabdeh qismində məhkəməyə cəlb olunub.
Prokurorların şübhələrinə görə, 1992-ci ildə bir neçə bomba partlayışından sonra dövlət orqanları mafia ilə danışıqlara gediblər. Həmin bomba partlayışları dövründə Napolitano parlamentin aşağı palatasının sədri olub.