ABŞ-ın Sahil mühafizə gəmisi San-Dieqoya (Kaliforniya) ümumi məbləği 1,01 milyard dollar olan 29,9 t. müsadirə edilmiş kokain gətirib, “Los Angeles Times” qəzeti yazıb.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu, rekorddur, belə ki, hələ heç bir amerikan sahil mühafizə gəmisi indiyə qədər bu çəkidə narkotik partiyası saxlamayıb.
Kokain Sakit Okeanda keçirilən əməliyyat zamanı aşkar edilib. Bu barədə qəzetdə ətraflı məlumat verilmir.