ABŞ-ın Miçiqan ştatında yolların buz bağlaması səbəbindən 150 maşın toqquşub.
Oxu.Az Buzz Feed-ə istinadən xəbər verir ki, toqquşan avtomobillərin arasında petardaları daşıyan yük maşını olub. Toqquşma nəticəsində həmin maşında olan pirotexniki vasitələr partlamağa başlayıb.
Qəza nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
E.Ə.
www.oxu.az