ABŞ-ın Şimali Karolina ştatında “Shallotte River Swamp Park” Milli Parkında timsahlar su ilə birgə donublar.
Oxu.Az xəbər verir ki, onlar yuxuya dalıblar və bilərəkdən burun və ağız hissələrini suyun üzərinə çıxarıblar.
Milli parkın nümayəndələri bildirirlər ki, temperatur yüksələn kimi timsahlar oyanacaq.
Qeyd edək ki, son həftələr ABŞ-ın bir sıra ştatlarında şaxtalı hava hökm sürür və qar yağır. Havanın temperaturu -30 dərəcəyə qədər enib, donanlar var.
A.M.
www.oxu.az