ABŞ-ın Arizona ştatının paytaxtı – Finiks şəhərində evlərdən birində atışma nəticəsində öldürülmüş 5 nəfərin cəsədi aşkarlanıb.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, polisin məlumatına görə, hadisə məişət münaqişəsi zəminində qeydə alınıb.
“Üç kişi və iki qadının cəsədi aşkarlanıb. Onların adları açıqlanmır”, - deyə, “Los-Anceles Tayms” yazır.
“Ailə üzvlərindən biri evdən qaça bilib və şahid qohumlar arasında münaqişədən danışır”, - öz növbəsində Arizona polisinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdə pəncərə və qapılar bağlı olub. Evə girmək üçün polislər xüsusi robotdan istifadə ediblər.
Bildirilir ki, qətli törətməkdə həmin ailənin bir üzvü şübhəli bilinir.