Amerikanın Texas ştatında aralarında münaqişə olan motoklubların üzvləri arasında atışma olub. Nəticədə doqquz nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, atışma cümə axşamı Ueyko şəhərində “Tvin piks” barında ənənəvi Biker Night tədbiri ərəfəsində baş verib.
Hökumət nümayəndələrinin məlumatına əsasən, klublar arasındakı münaqişə çoxdan var idi, ona görə də polis hər zaman hazır idi.
Qeyd edilib ki, əvvəlcə baykerlər əlbəyaxa döyüşüblər, sonra isə bıçaq və zəncirlərdən istifadə ediblər, daha sonra kim isə atəş açıb. Hadisə yerinə gələn polis də silahdan istifadə edib.
Texas barında atışma zamanı həlak olanlar münaqişə aparan bayker klubunun üzvləri idi, Associated Press polislərə istinadən bildirib.
Gizir Patrik Suontonun sözlərinə görə, həmin gün bir neçə bayker qrupunun “yüzlərlə” üzvü klublar arasında fikir ayrılığını müzakirə etmək üçün görüşüblər.
Onlar həmçinin bildiriblər ki, atışmadan sonra 18 nəfər xəstəxanaya çatdırılıb.