ABŞ-ın Neşvillin cənubi-şərqində yerləşən (Tennessi ştatı) Antiox şəhərinin kinoteatrlarının birində atışma zamanı üç nəfər xəsarət alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, atəş açan kişi hadisə yerinə gələn polislər tərəfindən güllələnib.
Son məlumata müvafiq olaraq, odlu silah və tesak ilə silahlanan naməlum ağ dərili 50 yaşlarında olan kişi kinoteatrda atəş açıb, həmin an məkanda onlarla insan olub.
O, həmçinin zala daxil olan polislərə də atəş açıb. Asayiş keşikçilərinin açdıqları cavab atəşi kişinin həyatına son qoyub.
E.Ə.
www.oxu.az