ABŞ-ın Klivlend şəhərində baykerlər arasında amansız atışma baş verib.
“Cleveland.com” xəbər verir ki, münaqişəyə səbəb fərdi klublardan birində baş verən dava olub.
Münaqişədə iştirak edən bəzi baykerlər klubdan qovulub.
Lakin onlar bir müddət sonra qayıdaraq odlu silahlardan atəş açıblar.
Klubda olanlar cavab atəşi açıb.
Nəticədə 48 yaşlı kişi həlak olub, 17 nəfər isə yaralanıb.