Viskonsin ştatının Kenoşa şəhərindəki iğtişaşların yatırılmasına ABŞ Milli Qvardiyasının hissələri cəlb olunub.
“Euronews” xəbər verir ki, şəhərdə komendant saatı elan edilib.
İğtişaşlar bir neçə gün əvvəl polis tərəfindən təqib olunarkən vurulan afroamerikalı Ceykobu Bleykə görə baş verib.
Güllə yarası alan qaradərili amerikalı hazırda xəstəxanada həyatda qalmaq uğrunda mübarizə aparır.