Torrans şəhərində (ABŞ-ın Kaliforniya ştatı) polis əməkdaşı onları hədələyən 18 yaşlı silahlı gəncə atəş açıb.
Gənc adam polisə şəhər tədris müəssisəsinin yanından zəng edib və girov götürdüyünü bildirib. Hadisə yerinə asayiş keşikçiləri gəldikdə isə gənc onları tapança ilə hədələyib. Cavab olaraq polislər ona atəş açıblar və gənci yaralayıblar. O, ağır vəziyyətdə xəstəxanaya yatırılıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Güllələnən gəncin girov götürməsi haqqında məlumat isə yalan çıxıb. Müstəntiqlər gəncin hərəkətlərinin motivini anlamaq üçün onun şəxsi əşyalarını yoxlayırlar. Versiyalardan birinə müvafiq olaraq gəncin intihar edərək deyil, təxribat törədib polislər tərəfindən qətlə yetirilərək həyatına son qoymaq fikrinə düşdüyü ehtimal edilir.