ABŞ-da həbsxanaların birində iğtişaşlar zamanı 3 məhbus ölüb, daha 5-i yaralanıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Oklahoma ştatının Kuşinq şəhərində təhlükəli cinayətkarlarının saxlanıldığı Simarron həbsxanasında baş verib.
Türmə Tennesidə yerləşən Corrections Corporation of America şirkətinə məxsusdur.
Şirkət nümayəndəsi Stiv Ovenin sözlərinə görə, qarışıqlıq sentyabrın 12-si axşam saatlarında başlayıb və təxminən 40 dəqiqə davam edib.
İnsident zamanı həbsxana işçilərindən heç kimə zərər dəyməyib. Yaralı məhbuslar xəstəxanaya yerləşdirilib.