ABŞ-ın Missisipi ştatında C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Mississippi News” telekanalı xəbər verib.
Bundan əvvəl 4 nəfərin öldüyü bildirilirdi.
Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Təyyarənin göyərtəsində silah-sursatın olması yanğınsöndürənlərin işinə əlavə maneə yaradır. Qəzanın səbəbləri barədə məlumat verilmir.
N.О.