Amerikanın Virciniya ştatında jurnalist və operator canlı efirdə ölümcül güllələnib. Bu barədə ABC News məlumat verib.
Oxu.Az “İnterfaks”a istinadla xəbər verir ki, reportaj zamanı güllə səsləri, jurnalistlər və müsahibin qışqırıq səsləri eşidilib.
Yerli şerif Moneta ştatında atışmanın olduğunu təsdiq edib. Cinayətkarı saxlamaq hələ mümkün olmayıb.
İnsident zamanı WDBJ7 telekanalının reportyoru 24 yaşlı Elison Parker və 27 yaşlı fotoqrafı Adam Uord ölüb.
Məlumatlara əsasən, insidentlə əlaqədar yerli məktəblər bağlanıb.