ABŞ-ın Hyuston şəhərində bir qrup gənc klip çəkilişləri apardığı zaman naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar.
Lenta.ru-nun məlumatına görə, bu barədə şəhərin polis rəisi Harris Ed Qonzales “Twitter” səhifəsində yazıb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, latın amerikalı gənclər 20 yaşlarında olublar.
As many as 6 shot at the scene: 2 confirmed deceased and 4 transported to hospitals in various conditions. https://t.co/f0AtkS4Ayf
— Ed Gonzalez (@SheriffEd_HCSO) 28 декабря 2019 г.
Dörd nəfərin yaralandığı deyilsə də, sonradan zərərçəkənlərin altı nəfər olduğu dəqiqləşdirilib. Onlardan ikisi hadisə yerində həyatlarını itirib.