ABŞ-da Ember Uotford adlı qadın ərinin həbs edilərək əyləşdirildiyi polis maşınını qaçırıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 2-də Alyaska ştatının Uasilla şəhərində baş verib.
28 yaşlı qadının əri Coşua əlləri qandallanaraq polis maşınının arxa oturacağa əyləşdirilib.
Onu həbs edən polisin başı yoldan keçən sürücü ilə danışığa qarışan zaman vəziyyətdən istifadə edən Ember sükan arxasına keçərək avtomobili naməlum istiqamətdə sürüb.
Axtarışlar üçün şəhərin bütün polis əməkdaşları, və hətta helikopterlər də cəlb edilsədə sonda yalnız boş avtomobil tapılıb.
Uotfordlar hadisədə yalnız bir gün sonra tapılıblar.
Onlar maşın oğurluğu və polisə itaətsizliyə görə həbs ediliblər.