ABŞ-ın Kaliforniya ştatında quraqlıq səbəbindən müəyyən ərazilərdə qazonların suvarılması qadağan edilib.
Kaliforniya rəsmilərinin yeni qərarına əsasən, qadağa hələlik kommersiya və sənaye obyektlərinə şamil ediləcək.
Alimlər xəbərdarlıq edirlər ki, ABŞ-ın qərbində iyirmi illik “meqaquraqlıq” dövrü hələ də davam edir və aidiyyəti qurumlar ölkə ərazisində gözlənilən su qıtlığının qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirməlidirlər.
Mənbə: TRT Haber