ABŞ-da qeyri-adi yas mərasimi keçirilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, San-Juan şəhərində asma xəstəliyindən dünyasını dəyişən Renato Garcia cizgi filmi qəhrəmanı obrazında torpağa basdırılıb. Yas mərasimində başsağlığına gələnlər qəribə olayla rastlaşıblar. Onlar mərasim zalının mərkəzində cizgi qəhrəmanı obrazında 55 yaşlı mərhumu görüblər.
Bacısı Milagros Garcia onun vəsiyyətini yerinə yetirərək cizgi qəhrəmanı “Green Lantern”in paltarını geyindirib.