ABŞ-ın Nyu-Meksiko ştatının polisləri iddia edirlər ki, bölmələrində ruh (qarabasma) gəzişir.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, yarımşəffaf obyekt müşahidə kameralarında aydın görünür. Lakin polisləri heyrətə salan, bəlkə də qorxudan obyektin heç bir siqnalizasiyanı işə salmadan bölmənin hasarından keçməsi olub.
Polisin bildirdiyinə görə ərazidə bu günə kimi heç kim öldürülməyib, lakin bölgədə keçmiş məzarlığın olması faktı qorxu filmləri tək məsələni ciddiləşdirir.
Faktla bağlı cinayət işinin açılması mümkün olmadığından görünür, polislər “ruh ovçuları”na müraciət etməli olacaqlar.