Nyu-York ştatının senatının rəhbəri Din Skelos və onun oğlu Adam zorakılıqla pul almaq, fırıldaqçılıq və rüşvət ittihamı ilə həbs olunublar, bu barədə The New York Post bildirib.
Oxu.Az xəbər verir ki, 67 yaşlı siyasətçi və onun 32 yaşlı oğlu Nyu-York inşaat şirkətindən və Arizona şirkətindən 220 min dollar almaqda ittiham edilirlər.
Hökumət Adam Skelosun şirkətlərdən bu pulu vəzifəli atasından dəstəyin təminatı məqsədi ilə aldığından şübhələnirlər.
Siyasətçinin vəkilləri məhkəmədə bütün ittihamlara qarşı çıxış etmək niyyətindədirlər.
Nəşr qeyd edir ki, respublikaçı-deputatın öz vəzifəsindən istefa verəcəyi bəlli deyil.