ABŞ-ın Kaliforniya ştatında qasırğanın səbəb olduğu torpaq sürüşməsi və daşqından ölənlərin sayı 18 nəfərə çatıb.
Bu barədə Oxu.Az “Reuters”ə istinadən xəbər verir.
Məlumata görə, qasırğa nəticəsində 60 yaşayış evi tamamilə dağılıb, 400-ə yaxın tikiliyə ziyan dəyib.
Maraqlıdır ki, güclü leysanla müşayiət olunan qasırğa bir neçə həftə əvvəl güclü meşə yanğınlarının qeydə alındığı bölgədə baş verib.
Yanğınlar torpaq sürüşmələrinə mane olan, hektarlarla sahəni əhatə edən ağacları məhv etmişdi.