Demokrat konqresmen Maksvell Frost Azadlıq heykəlinin sökülməsini təklif edib.
Məlumata görə, ideya ABŞ-də immiqrasiya siyasəti və Respublikaçılar Partiyasının ona münasibəti ilə bağlı qızğın müzakirələr fonunda yaranıb. Nümayəndələr Palatasının iclasında Frost həmkarlarını immiqrantlarla rəftarlarına və sığınacaq prosesini kəskin şəkildə məhdudlaşdıracaq və qeyri-qanuni mühacirlərə nəzarət etmək üçün daha sərt siyasətlər yaradacaq geniş “İHR2” qanun layihəsinə görə tənqid edib.
“İmmiqrantlar onlara təklif olunandan daha yaxşısına layiqdirlər. Ona görə də azadlıq istəyinin və ABŞ arzusunun simvolu olan Azadlıq Heykəli sökülməlidir”, - deyə konqresmen bildirib.
ABŞ-də Fransanın hədiyyə etdiyi Azadlıq heykəlinin sökülməsi təklif olunub - VİDEO
Mənbə: Kp.ru
Rəylər