Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ-də prezident seçkisi ərəfəsində İlon Mask məhkəməyə çağırıldı
ABŞ-li milyarder, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask oktyabrın 31-də Filadelfiyada məhkəmə iclasında iştirak etməlidir.
Oxu.Az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, yerli prokurorluq biznesmeni noyabrın 5-də keçiriləcək prezident seçkisi ərəfəsində pulun qanunsuz paylanmasında ittiham edib.
Prokurorluq Donald Trampın namizədliyini dəstəkləmək üçün Mask tərəfindən oktyabrın 28-də təşkil edilmiş pul oyununu qanunsuz lotereya hesab edərək iddia qaldırıb.
Hakim bütün tərəflərin dinləmədə iştirakının məcburi olmasına qərar verib.
"İlon Mask" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər