"ABŞ Azərbaycan və Ermənistanın sülh niyyətlərini dəstəkləyir".
Oxu.Az xəbər verir ki. bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Brüs mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutmuş görüşə dair sualı cavablandırarkən deyib.
"Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Vaşinqton müvafiq KİV-lərin məlumatlarını izləyir. Hazırda bununla bağlı əlavə məlumatımız yoxdur", - deyə o bildirib..
O, ABŞ-nin hazırkı administrasiyasının mövqeyini də qeyd edib:
"Bildiyiniz kimi, Prezident Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. ABŞ liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi".