Bonn şəhərinə “G-20”-nin XİN rəhbərlərinin ikigünlük sammitinə gələn ABŞ-ın dövlət katibi Reks Tillerson hoteldə yer tapa bilməyib.
Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Təşkilatçılar diplomatı Bonndan 30 dəqiqəlik məsafədə yerləşən sanatoriyada yerləşdirməli olublar, belə ki, digər hotellər dolu olub.
Qeyd edilir ki, fevralın 16-da baş verən hadisəyə səbəb Tillersonun iştirakının gec təsdiqlənməsi olub. Nəticədə Britaniya XİN rəhbəri Boris Conson da daxil olmaqla, ABŞ dövlət katibi ilə görüşmək istəyənlər sanatoriyaya qədər yola bu qədər vaxt sərf etməli olublar.
N.O.
www.oxu.az