Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ esminesi Qırmızı dənizdə üç pilotsuz təyyarəni məhv edib
Qırmızı dənizdə üç ticarət gəmisi gün ərzində dörd dəfə hücuma məruz qalıb. ABŞ esminesi gəmilərdən gələn çağırışlara cavab olaraq üç pilotsuz təyyarəni vurub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Pentaqonun (ABŞ) Mərkəzi Komandanlığının “X” sosial şəbəkəsində məlumat yayılıb.
Bildirilir ki, həyəcan siqnallarına ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Carney” esminesi cavab verib.
“Bu hücumlar beynəlxalq ticarətə və dəniz təhlükəsizliyinə birbaşa təhdiddir”, - deyə komandanlıqdan vurğulanıb.
Hücumların Yəməndən olan husilər (“Ənsar Allah” hərəkatının üzvləri) tərəfindən həyata keçirilsə də, bütünlüklə İran tərəfindən təşkil edildiyi qeyd edilir.
“Birləşmiş Ştatlar beynəlxalq müttəfiqlərlə tam koordinasiya şəraitində müvafiq cavabı nəzərdən keçirəcək”, - deyə komandanlıqdan əlavə edilib.
"İran" teqi üzrə xəbərlər
- İrandan ölkə valyutası ilə bağlı qərar: Əsginaslardan dörd sıfır silinəcək
- İranda dəhşətli qəza: Sərnişinlərlə dolu avtobus dərəyə aşdı
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi
- Baş Prokurorluq Omanda həbs edilən İran vətəndaşı ilə bağlı məlumat yaydı
- "TRT Farsca" İranı təşvişə salıb
Rəylər