Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edə bilər
“Əgər ölkədə demokratiyaya zərbə vurularsa, ABŞ Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq edəcək”.
Bunu Tbilisidə mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
“Əgər xarici təsirlər haqqında qanun Aİ normaları ilə koordinasiya edilmədən irəliləsə və demokratiyaya zərbə vurularsa, dinc nümayişçilərə qarşı zorakılıq olarsa, ABŞ-dən bunlara görə məsuliyyət daşıyan şəxslərə və onların ailələrinə maliyyə və səyahət məhdudiyyətləri tətbiq ediləcək” - O`Brayen qeyd edib.
Mənbə: TASS
Ən çox oxunanlar
Rəylər