Amerika hərbçiləri əsas məqsədi “İslam dövləti” terror təşkilatının rəhbəri Əbu-Bəkr əl-Bağdadinin öldürülməsi olan əməliyyat həyata keçiriblər.
Bu barədə “Reuters” ABŞ hökumətinə istinadən xəbər verir.
Yaxın zamanda ABŞ prezidenti Trampın bu barədə açıqlama verəcəyi gözlənilir.
İran hökumətindən olan mənbə də qeyd edir ki, Suriya tərəfi onlara əl-Bağdadinin öldürülməsini bildirib.
Qeyd edək ki, buna qədər də qruplaşma rəhbərinin öldürülməsi haqqında dəfələrlə məlumat yayılıb. Amma bu, təsdiqini tapmayıb.
Rəylər