Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
ABŞ İrana qarşı sanksiyaları yumşaldır?
ABŞ məhbus mübadiləsi sazişi çərçivəsində Tehrana altı milyard dollarlıq dondurulmuş aktivlərə çıxış imkanı versə də, İrana qarşı sanksiyaları yumşaltmayacaq.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
“Biz İrana qarşı sanksiyaları ləğv etmirik və ya zəiflətmirik”, - deyə o vurğulayıb.
Qeyd olunur ki, ABŞ İran hakimiyyətinin insan haqlarının pozulması, terrorizmə dəstək, o cümlədən xaricdə sabitliyi pozmaq kimi fəaliyyətlərinə, həmçinin Ukrayna müharibəsində Rusiyanı dəstəkləməsinə qarşı çıxmağa davam edəcək.
Xatırladaq ki, bir müddət öncə bildirilmişdi ki, aylarla davam edən gizli diplomatik danışıqlar ABŞ-nin keçmiş prezidenti Donald Tramp administrasiyası tərəfindən İran neftinə qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasına səbəb olub. 2018-ci ilin noyabr ayından ABŞ növbəti sanksiyalarla hədələyərək digər ölkələrə İran neftinin idxalını qadağan edib.
Mənbə: TASS
"Donald Tramp" teqi üzrə xəbərlər
- Trampı Bakı qarşısında çətin vəziyyətdə qoyan sənəd imzalandı - BAKU AKTUAL
- Milyarderlər birləşirlər: Dünyaca məşhur bloqer "MrBeast" "TikTok"u xilas etmək qərarına gəlib
- KİV: "Tramp neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldıracaq"
- İlon Maska Ağ Ev kompleksində şəxsi ofis veriləcək
- Direktor: "ABŞ və Ermənistanın imzalayacağı sənədin icrasının hansı səviyyədə olacağı sual doğurur"
Rəylər