ABŞ iranlı iş adamı Hüseyn Xətifi Ərdəkani barədə məlumat üçün 15 milyon dollar mükafat təyin edib.
Bu barədə “Azad İran” “Telegram” məlumat verib.
ABŞ Dövlət Departamentinin xəbərinə görə, departamentə bağlı “Ədalət üçün mükafatlar” layihəsi çərçivəsində SEPAH-la əməkdaşlıqda ittiham edilən iranlı iş adamı barədə məlumat üçün mükafat təyin edilib.
Məlumata görə, Hüseyn Xətifi Ərdəkani SEPAH-ın dron istehsalında istifadə etdiyi ikitəyinatlı texnologiyaları təmin etməkdə günahlandırılan elektron avadanlıq şirkətinin meneceridir.
“Bu iranlı iş adamı SEPAH-ın silah istehsal etmək üçün ehtiyac duyduğu mürəkkəb texnologiyanın əldə edilməsi və ötürülməsi sahəsində SEPAH-la əməkdaşlıq edib”, - deyə departamentin bəyanatında bildirilib.
Rəylər