ABŞ kəşfiyyatı koronavirusun yaranmasına dair eyni vaxtda bir neçə nəzəriyyə üzrə sübutlara sahibdir.
Bu barədə CNN ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoruna yaxın yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
Birinci nəzəriyyə virusun Uhanda yerləşən laboratoriyadakı bədbəxt hadisə nəticəsində ortaya çıxması ilə bağlıdır. İkinci nəzəriyyəyə görə, infeksiya şəhərdəki bazardan başlayıb. Hər iki nəzəriyyənin yeganə ortaq nöqtəsi virusun Çində peyda olmasıdır.
Mənbənin sözlərinə görə, ABŞ kəşfiyyatının hər iki nəzəriyyəni dəstəkləyə biləcək sübutları var.
“Biz virusun məqsədyönlü şəkildə üzə çıxmaması ilə razılaşırıq”, - deyə mənbə bildirib.