Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ MKİ rəsmiləri təcavüz barədə məlumat verən işçini işdən çıxarıblar
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) iş yoldaşının cinsi təcavüzündən şikayət edən əməkdaşını işdən çıxarıb.
Həmkarı tərəfindən təzyiqə uğrayan MKİ əməkdaşı cinsi zorakılığa məruz qaldığını rəhbərlərinə bildirdikdən sonra işini itirib. Qadının vəkilinin sözlərinə görə, MKİ rəhbərliyi onun hadisəni ictimaiyyətə çatdırmamasına və açıqlama verməkdən imtina etməsinə çalışıb.
Zərərçəkmiş cinayəti ört-basdır etmək tələbindən imtina etdikdə işdən çıxarılıb. Şöbənin nümayəndələri bütün ittihamları rədd edərək, işçinin işdən çıxarılmasının məxfi agentlərin hazırlanmasında ona tapşırılan vəzifələrin öhdəsindən gəlməməsi ilə əlaqədar olduğunu bildiriblər.
Mənbə: NBC
Rəylər