Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ-nin dövlət borcu rekord həddə çatdı
ABŞ-nin dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Maliyyə Nazirliyinin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” qrafasında sentyabrın 18-nə olan məbləğ 33,04 trilyon ABŞ dolları kimi göstərilib.
Bu, Amerikanın dövlət borcu üçün rekord göstəricidir.
ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb. Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar borc tavanını artırmağa razılaşsalar da, büdcədə əhəmiyyətli ixtisarlar aparıblar.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Dövlət təşkilatlarında yoxlamalar zamanı 13 milyon manatdan artıq əsassız ödənişlər aşkar edilib
- Həbsdəki general Nizami Məmmədovdan XƏBƏR VAR: Vəsatəti təmin olunmadı
- ABŞ-də maliyyə maxinasiyalarına cəlb edilən media vasitələrinin SİYAHISI AÇIQLANIR
- Azərbaycanda ən çox xarici borc cəlb edən dövlət qurumları
- Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb
Ən çox oxunanlar