Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ-nin dövlət qurumlarında “TikTok”un istifadəsi qadağan edilib
ABŞ-nin federal hökuməti təhlükəsizlik məsələlərini əsas gətirərək hökumət qurumlarının qadcetlərində “TikTok”dan istifadəni qadağan edib.
Çin üzrə ekspert Qordon Çanq bu qərarını onunla izah edib ki, istənilən Çin şirkəti casusluğa məcbur edilə bilər və bu zaman cihazın təhlükəsizlik dərəcəsi heç bir rol oynamır.
Respublikaçılar Partiyasının nümayəndəsi Nikol Malliotakis qərarın həm milli, həm də kibertəhlükəsizlik baxımından əhəmiyyətini qeyd edib.
“İki il əvvəl bu addım hərbi hakimiyyət orqanları tərəfindən atıldı. Onların ardınca Daxili Təhlükəsizlik Departamenti də analoji qərar qəbul etdi. Ona görə də “TikTok”un bütün digər dövlət cihazlarında qadağan edilməsi həmin addımın məntiqli davamıdır”, - deyə Nikol Malliotakis vurğulayıb.
Siyasətçinin sözlərinə görə, bu, təkcə milli və kibertəhlükəsizlik məsələsi deyil, həm də bütün ABŞ vətəndaşlarının təhlükəsizliyi məsələsidir, çünki platformada hər bir istifadəçinin şəxsi məlumatları toplanır.
N.Malliotakis qeyd edib ki, hazırda 100 milyon amerikalı “TikTok” tətbiqinin istifadəçisidir.
“TikTok” təkcə şəxsi məlumatları toplamaqla kifayətlənmir, həm də yalan məlumatlar yayır. Bu, Çin Kommunist Partiyasının öz vətəndaşlarına nəzarət etmək üsuludur. Ölkəmizdə buna icazə verə bilmərik”, - Malliotakis söyləyib.
Mənbə: Fox news
"Çin" teqi üzrə xəbərlər
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
- Çində bir kişi eyni yaşayış kompleksində beş qadınla sevgili olub
- Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı"
Rəylər