Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ-nin hərbi bazalarının görüntülərini əldə edən Şimali Koreyadan daha bir həmlə
“Pxenyan kosmik texnologiyanın inkişafı üçün səylərini davam etdirmək niyyətindədir. Bu il bir neçə kəşfiyyat peykini buraxmağı planlaşdırır”.
Bu barədə KXDR-in Kosmik İnkişaf üzrə Dövlət Administrasiyasından xəbər verilib.
Bildirilib ki, ötən il “Malligyong-1” kəşfiyyat peykinin uğurla orbitə buraxılması ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
“Bu il isə daha bir neçə buraxılış gözlənilir”, - deyə agentlikdən əlavə edilib.
Xatırladaq ki, Şimali Koreya noyabr ayında Yer orbitinə buraxılmış kəşfiyyat peykindən ABŞ-nin Sakit Okeandakı ən böyük strateji hərbi bazasının yerləşdiyi Guam adasının, həmçinin Kaliforniya və Yaponiyadakı bazalarının görüntülərini əldə etmişdi.
Mövzuya aid xəbərlər
- Şimali Koreyanın kəşfiyyat peyki ABŞ-nin Kaliforniya və Yaponiyadakı bazalarının görüntülərini çəkib
- Şimali Koreyanın casus peyki Pentaqon və Ağ Evin fotolarını çəkdi: Kim Çen In fotoları incələdi - FOTO
- Kim Çen In ABŞ-nin Sakit Okeandakı ən iri strateji hərbi bazasının kəşfiyyat görüntülərini əldə edib - FOTO
Rəylər