Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-nin strateji atom sualtı qayığı Yaxın Şərqdə - FOTO
ABŞ-nin “Ohayo” sinifli strateji atom sualtı qayığı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) əməliyyat məsuliyyəti zonasına gedib.
Oxu.Az-ın məlumatına görə, bu barədə CENTCOM-un bəyanatında bildirilir.
Qeyd edək ki, Mərkəzi Komandanlığın cavabdehlik sahəsinə Yaxın Şərq, Şərqi Afrika və Mərkəzi Asiya daxildir.
Xatırladaq ki, Pentaqon Yaxın Şərqə əlavə 300 hərbçi göndərdiyini açıqlamışdı.
Bundan əvvəl məlum olub ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD raketdən müdafiə sistemləri və “Patriot” zenit-raket komplekslərinin yerləşdirilməsinə göstəriş verib. Həmçinin ABŞ Yaxın Şərqə “USS Gerald R. Ford” və “USS Dwight D. Eisenhower” aviadaşıyıcılarını, həmçinin səkkiz müşayiət gəmisini göndərib.
On November 5, 2023, an Ohio-class submarine arrived in the U.S. Central Command area of responsibility. pic.twitter.com/iDgUFp4enp
— U.S. Central Command (@CENTCOM) November 5, 2023
Mövzuya aid xəbərlər
- Pentaqon Aralıq dənizinə daha bir gəmi göndərdi
- ABŞ İsrail sahillərinə iki min dəniz piyadası göndərir
- İsrailə dəstək üçün gələn ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi Aralıq dənizində - FOTO
- ABŞ İsrail sahillərinə təyyarədaşıyan gəmisini və reaktiv qırıcı eskadrilyasını göndərir
- CENTCOM: “ABŞ müsadirə etdiyi 1,1 milyon İran sursatını Ukraynaya göndərib” - FOTO
Rəylər