ABŞ-ın “Lockheed Martin” və “Raytheon” korporasiyaları uzaq hərəkət radiuslu bombardman təyyarələr üçün nüvə yükü daşıya bilən qanadlı raketlər hazırlayacaq.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi-Hava Qüvvələri mətbuat xidmətinin açıqlamasında bildirilir.
Məlumata əsasən, ilkin müqavilələrin ümumi dəyəri 900 milyon dollardır. Sonda ABŞ Hərbi-Hava Qüvvələri 1000 ədəd raketin istehsalı üçün adıçəkilən şirkətlərdən birini seçəcək.
A.S.
www.oxu.az