ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel minimal maaşlı işin qızlarının düzgün tərbiyəsi üçün faydalı olacağını düşünürlər.
Oxu.Az Röyter-ə istinadən xəbər verir ki, Obama cütlüyü özü hüquq elmləri doktoru dərəcəsini alanadək çox az pul qazanırmışlar və bunu vacib təcrübə hesab edirlər. Belə ki, ABŞ prezidenti cavanlıqda Baskin Robbins-də dondurma satıb, onun həyat yoldaşı isə kitablara üz çəkən mağazada çalışıb.
“İndi biz qızlarımız üçün imkan axtarırıq ki, onlar işin heç də həmişə sevinc və ruh yüksəkliyi gətirmədiyini, maaşın isə heç də hər zaman ədalətli olmadığını anlasınlar”, - deyə, Barak Obama Parade-yə müsahibəsində bildirib.
“Mən hesab edirəm ki, hər bir uşaq ağır zəhmətin nə olduğunu anlamalıdır”, - deyə, Mişel Obama hesab edir.