Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ prezidentliyinə iki namizəd qarşı-qarşıya: Trampdan Harrisə xoşagəlməz sözlər
ABŞ-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkidə potensial rəqibi, demokrat və vitse-prezident Kamala Harrisi "axmaq və kinli" adlandırıb.
Bu barədə Oxu.Az "New York Post"a istinadən bildirir.
Nəşr yazır ki, Harrisin baş ofisində buna cavab olaraq siyasətçinin prokurorluq keçmişi xatırladılıb və Tramp məhkəmə işləri üzrə məsuliyyətə cəlb etməklə hədələnib.
"Kamala Harrisi iki sözlə təsvir etmək olar: kinli və axmaq. Bu, pis kombinasiyadır", - deyə Tramp nəşrə bildirib.
Harrisin baş ofisinin nümayəndəsi Ammar Musa öz növbəsində bəyan edib ki, respublikaçının təhqirlərinə eyni şəkildə cavab vermək niyyətində deyil.
"Vitse-prezident Kamala Harris bütün karyerası ərzində cinayətkarları məsuliyyətə cəlb edib və Donald Tramp da istisna olmayacaq. Harris karyerasını sadə xalqın həyatını yaxşılaşdırmağa həsr edib, Tramp isə yalnız özünü düşünür", - deyə Harrisin baş ofisindən qeyd edilib.