ABŞ hakimiyyəti Rusiyanın bir neçə şirkətinə qarşı sanksiyaların tətbiq edilməsinə dair qərar qəbul edib. Səbəb İran, KXDR və Suriyaya nüvə silahının verilməməsinə dair qanunun pozulması göstərilir, rəsmi hökumət nəşri Federal Register saytında bildirilib.
Oxu.Az xəbər verir ki, sanksiyaların tətbiq edildiyi şirkətlər arasında – Cihazqayırma konstruktor bürosu, “Katod” şirkəti, “Maşınqayırma EİB”, “MiQ” və “Rosoboroneksport” korporasiyası var.
Sənəddə qeyd edilir ki, cari xarici strukturlar “İran, KXDR və Suriya ilə əlaqədar qanunun 3-cü bəndində nəzərdə tutulmuş əlavə tədbirləri nəzərdə tutan” əməllərə cəlb edilmişdilər.