Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ nüvə yüklü hipersəs sürətli raketinin sınaq buraxılışını həyata keçirib
ABŞ Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələr bazasından "Minuteman III" qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə bazanın saytında məlumat verilib.
ABŞ hərbçiləri seçki məntəqələri bağlandıqdan bir neçə saat sonra nüvə yüklü hipersəs sürətli raketin sınaq buraxılışını keçirməyi planlaşdırırlar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" ABŞ-nin hərbi rəsmilərinə istinadla xəbər yayıb.
Mənbənin sözlərinə görə, sınaqlar əvvəlcədən planlaşdırılıb və üçüncü dünya müharibəsinin başlanması təhlükəsinin artması fonunda ABŞ-nin nüvə qüvvələrinin hazırlığını nümayiş etdirməyə yönəlib.
Xatırladaq ki, ABŞ-də prezident seçkisi keçirilir. Ağ Evdə hökmranlıq uğrunda respublikaçıların namizədi Donald Trampla demokratların namizədi Kamala Harris mübarizə aparırlar.