Ağ evin qarşısında bir dəqiqəlik sükut...
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da 2001-ci ilin sentyabr ayının 11-də baş vemiş və 3 mindən çox insanın həyatına mail olmuş terror aktının 13-cü ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.
Terroristlər tərəfindən qaçırılmış 2 təyyarə Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə çırpılıb. Qaçırılmış təyyarələrdən biri Pensilvaniyada yerə düşüb. Terroristlər eləcə də Pentaqonu hədəf almışdılar.
Barak Obama: “Onlar yalnız binaları yıxıb, insanları öldürməyə can atmırdılar. Onlar həmçinin bizim əzmimizi qırmaq və bütün dünyaya onların dağıdıcı qüvvələrinin bizim yaşayıb-yaratmaq həvəsimizdən güclü olduğunu sübut etmək istəyirdilər. Amma siz və bütün Amerika onların haqsız olduğunu sübut etdiz”.
13 il bundan əvvəl baş vermiş faciənin ildönümündə Nyu-Yorkda, qüllələrin yerində ucaldılmış memorial kompleksin ərazisində həlak olanların adları oxunub. “Qraund-ziro”da terror aktında vəfat edənlərin qohumları və yaxınları, məşhur siyasətçilər, şəhər sakinləri iştirak ediblər.