ABŞ hökuməti nüvə proqramı ilə bağlı İrana artan təzyiqlər çərçivəsində Türkmənistan qazının İran vasitəsilə İraqa idxalına qarşı çıxıb.
Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, İraqın Türkmənistandan qaz idxal edərək, davamlı elektrik böhranını yüngülləşdirmək cəhdləri ABŞ-nin təzyiqi nəticəsində uğursuzluğa düçar olub. Bağdad hazırda ciddi şəkildə elektrik enerjisi təminatı üçün alternativ yollar tapmağa çalışır.
Bildirilir ki, türkmən qazının İran üzərindən idxalı təklifi 2023-cü ildə irəli sürülüb. Lakin bu, ABŞ sanksiyalarının pozulması hesab edilib və layihənin həyata keçirilməsi Vaşinqtonun razılığını tələb edib. İrana qarşı maksimum təzyiq siyasətini aktivləşdirən Donald Tramp administrasiyası bu planla razılaşmayıb.