ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılması haqqında qərar qəbul edib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, ABŞ FES-in açıq bazarlar komitəsi növbəti iclasın yekunları üzrə baza faiz dərəcəsini rekord dərəcədə aşağı olan illik 0 – 0,25%-dən 0,5%-dək qaldırıb.
Beləliklə, hazırda “faiz dərəcələri dəhlizi” 0,25–0,5% təşkil edir.
Qeyd olunur ki, sonuncu dəfə faiz dərəcəsi 2006-cı ildə qaldırılmışdı.