“Amerika tərəfi Ukraynaya təhlükəsizlik sahəsinin möhkəmləndirilməsi üçün 18 milyon dollar yardım göstərmək niyyətindədir”, bunu ABŞ müdafiə naziri Derek Şolle deyib.
Oxu.Az Novostimira.com.ua-ya istinadən xəbər verir ki, Şollenin sözlərinə görə, bu yardım Ukraynanın Silahlı qüvvələrinin yaradılmasına və təhlükəsizlik sahəsinin möhkəmlənməsinə sərf ediləcək.
Biz yardımdan, o cümlədən təhlükəsizlik sahəsinə ediləcək 18 milyon dollardan danışdıq”, - o Kiyevdə keçirilən brifinqdə deyib.
“Ukraynalılar bizə onlara lazım olanların siyahısını təqdim ediblər. ABŞ, eləcə də bizim yaxın partnyorlarımız Fransa, Britaniya və Polşa onları siyahıda göstərilənlərlə təmin etmək üzərində işləyəcəyik”, - o deyib.
O xatırladıb ki, ABŞ Rusiyanın Krımı işğal etməsini və Ukraynanın daxili işlərinə qarışmağını pisləyir.
“Biz bu münaqişənin sülh yolu ilə həll olunmasının yollarını araşdırırıq”, - D.Şolle deyib.