ABŞ “Excalibur” sursatlarını Ukraynaya yeni hərbi yardım paketinə daxil edib. Vaşinqtonun tədarük etdiyi silahlar müvafiq siyahıda göstərilənlərlə “məhdudlaşmır”.
Bu ehtimallar ABŞ-ın “Politico” nəşrində yer alıb.
Materialda qeyd olunub ki, bundan öncə Pentaqonun yüksəkvəzifəli məmuru ABŞ-ın rəsmi bəyan etmədiyi halda Kiyevə gizlicə radiolokasiya əleyhinə HARM (High-speed Anti-Radiation Missile) raketlərini verdiyini etiraf edib.
Qeyd edilir ki, “Excalibur” idarəolunan artilleriya mərmiləri 155 millimetrlik artilleriya qurğularında istifadə edilir. Bildirildiyinə görə, ABŞ Ukraynanı göstərildiyindən daha çox silahla təmin edir.
Məsələn, bu yaxınlarda “Yahoo News” belə bir təxmin irəli sürdü ki, ABŞ Ukraynaya ATACMS ailəsinin idarəolunan operativ-taktiki ballistik raketlərini verib. Bu raketlərin veriləcəyi isə Pentaqon tərəfindən rəsmən bəyan olunmayıb.