ABŞ bütün dünyada səfirliklərində texniki nasazlıq ucbatından müvəqqəti olaraq viza verilişini dayandırıb, Reuters xəbər verir.
“Bu problem konkret olaraq hansısa ölkəyə, vətəndaşlıq sənədinə və ya viza kateqoriyasına aid deyil”, - idarənin press-relizində deyilir.
Oxu.Az xəbər verir ki, Dövlət Departamentinin məlumatına müvafiq olaraq hadisənin səbəbi, konsulluğun məlumat bazasının avadanlığının nasazlığıdır.
Görünüşə baxılırsa 9 iyun tarixindən sonra ABŞ səfirliyinə sənəd təqdim edən vətəndaşlar sənədlərin qeydiyyatında ləngimələrlə üzləşəcəklər.
“Biz bu problemi mümkün qədər tez həll etməyə çalışacağıq və ehtimal edirik ki, sistem tezliklə işə başlayacaq”, - mətbuat xidmətindən bildiriblər.