Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ Yaxın Şərqdə mövcudluğunu gücləndirmək qərarına gəlib
ABŞ Yaxın Şərqdə mövcudluğunu gücləndirməyi planlaşdırır.
Bu barədə adı çəkilməyən ABŞ-li məmurlar məlumat veriblər.
Təsdiqlənməmiş məlumatlara görə, Vaşinqton Yaxın Şərqə əlavə hərbi gəmilər və təyyarələr göndərməyə hazırlaşır.
Xatırladaq ki, daha əvvəl Ağ Evin nümayəndəsi Con Kirbi bildirib ki, ABŞ İranın İsrailə hücumu ərəfəsində Yaxın Şərqdəki qüvvələrinin balansını dəyişib. O, bunu Vaşinqtonun İranın İsrailə hücumunu çox real təhlükə hesab etməsi ilə izah edib, lakin təfərrüatlara varmaqdan imtina edib.
Mənbə: mk.ru
Ən çox oxunanlar
Rəylər