Adanada polis qrupları tərəfindən helikopter və dron dəstəyi ilə şəhərin müxtəlif nöqtələrində keçirilən yoxlamalar zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 35 şübhəli saxlanılıb.
Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, 297 qrup, 1 615 əməkdaş, 4 dron, axtarış itləri və helikopterin iştirakı ilə vilayət miqyasında yoxlama keçirilib.
Ümumi Məlumat Toplama üsulu ilə 29 min 762 nəfərin yoxlanıldığı əməliyyatda müxtəlif cinayətlərə görə axtarışda olan 35 şübhəli saxlanılıb.
Yoxlamalar zamanı sənədsiz 4 tapança, 4 daraq, 25 güllə, 6 kəsici alət, 175 narkotik həb və bir miqdar marixuana ələ keçirilib.