Kazanda “Admiral” Ticarət Mərkəzinin dağıntıları altında həlak olan altıncı adamın cəsədi tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Tatarıstan FHN-nin mətbuat xidmətinə istinadən TASS bildirib.
“Saat 22.03 radələrində TM-nin dördüncü girişinin beş metrliyində həlak olan kişinin cəsədi tapılıb. İlkin məlumata əsasən, cəsəd 1995-ci il təvəllüdlü kişiyə məxsusdur. Həlak olan şəxs Azərbaycandandır” - mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən zərərçəkən şəxslər - 55 nəfərdən iki nəfər Vyetnam, eyni sayda Azərbaycan və Qırğızıstan vətəndaşı və bir nəfər Tacikistan vətəndaşıdır.
Kazanda “Admiral” Ticarət Mərkəzində yanğın zamanı həlak olanların sayı on nəfərə çatıb.