22 yaşlı qız və onun ekskursiya rəhbəri Yoxannesburqdan şimalda safari-parkların birində hücuma məruz qalıblar.
Oxu.Az xəbər verir ki, Lion Park-ın əməliyyat meneceri Skott Simpsonun sözlərinə görə, aslan insanların olduğu maşına hücum edib. Ehtimala görə maşın açıq pəncərələr ilə hərəkət edib, bu isə təhlükəsizlik qaydalarının birbaşa pozulmasıdır. Ekskursiya rəhbəri aslana zərbə endirməyə çalışıb, amma nəticədə özü də xəsarət alaraq xəstəxanaya yatırılıb. Qız hadisə yerinə gələn həkimlərin əlində dünyasını dəyişib.
“Aslanların yaşadığı sahə, parkın qalan hissəsindən ayrılıb. Bu əraziyə girərkən turistlərə maşınlarında bütün səfər boyu pəncərələrinin bağlı olması barədə xəbərdarlıq olan sənəd verilir. Müvafiq xəbərdarlıq bütün sahə boyu da asılıb”, - Simpson bildirib.
O həmçinin tuirstə hücum edən heyvanın uyudulmayacağını da bildirib. Bununla bağlı parkın nümayəndələri şəxsi araşdırmalar aparacaqlar.
Lion Parkda ilk dəfə deyil ki, aslan insana hücum edir. Martın 26-da yırtıcı oxşar şəraitdə avstraliyalı turistə hücum edib, o da açıq pəncərələrlə hərəkət edirdi. O, bu hücumdan yırtıq yaralar və dişləklərlə yaxasını qurtarıb.
Aprel ayında velosiped ilə gəzən oğlan kəsə yolla getmək məqsədi ilə hasardan aşaraq parkın ərazisi ilə gedərkən pələngin hücumuna məruz qalıb. Xoşbəxtlikdən yaxınlıqda yerli reyncerlər olub, onlar yardıma gələrək heyvanı qovublar. Pələng qurbanını bir neçə yerdən dişləyərək xəsarət yetirib.